Tənqidçi Mehman Qaraxanoğlunun esselər kitabı işıq üzü görüb.
YeniYaz.az xəbər verir ki, kitaba 10 azərbaycanlı yazıçıdan 18 esse daxil edilib.
Kitabda bəhs olunan müəlliflər aşağıdakılardır: Kamal Abdulla, Mübariz Örən, Şərif Ağayar, Ataqam, Rasim Qaraca, Sərdar Amin, Ömər Xəyyam, Ayxan Ayvaz, Həmid Piriyev və Əli Babazadə.
Müəllif kitabda mətnlərə Azərbaycan ədəbiyyatşünaslığında az rast gəlinən hermenevtik metodla - diskursu təfsir və şərh yolu ilə yaxınlaşır, özünəməxsus, fərqli hissi-analitik təhlillər ortaya qoyur.
Kitab “Mücrü” nəşriyyatında çap olunub.
Ön sözün müəllifi Şərif Ağayardır.