14-23 aprel tarixlərində “Qanun” Nəşrlər Evində “Kitab günü” adlı endirimli sərgi-yarmarka keçiriləcək.
YeniYaz.az xəbər verir ki, bütün kitablara 30 faiz endirim tətbiq olunmaqla yanaşı 1, 2 və 3 manata kitablar da satılacaq.
Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.
Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.
Sərgi-yarmarka 10 gün ərzində “Qanun” Nəşrlər Evinin (Tbilisi prospekti, 78) üçüncü mərtəbəsində saat 10:00-dan 20:00-dək keçiriləcək.