Bakıda “İntellekt Vadisi” yaradıldı - Orada kimlər var?

Bakıda “İntellekt Vadisi” yaradıldı  - Orada kimlər var?

30 Oktyabr 2023 14:28 201


Azərbaycanda yeni mədəniyyət platforması yaradılıb. Aqşin Yeniseyin, Qismət Rüstəmovun və Ramil Kərimlinin ortaq ideyası olaraq yaradılan platforma “DAHA intellekt vadisi” adlanır.

“DAHA intellekt vadisi”nin əsas məqsədi Azərbaycan gəncinin intellektual, dünyəvi kimliyini formalaşdırmaq və mədəni immunitetini gücləndirməkdir. Bundan əlavə Dördüncü sənaye inqilabının elementlərini milli zəminə inteqrasiya etmək, Azərbaycan dilində vizual bilgi sənayesinin yaradılmasına səy göstərməkdir. Milli irsin müasir formatda internet dünyasına daşınması da DİV-in qarşısına qoyduğu prioritet məsələlərdən biridir.

DİV-in iş proqramında uşaqlar və yeniyetmələr üçün animasiyaların, maariflədirici sosial videoçarxların, “youtube” verilişlərinin çəkilişi, reklam, mahnı, ssenari mətnlərinin yazılması, müxtəlif mövzularda karikatura və komikslərin hazırlanması nəzərdə tutulur.

Maraqlananlar DİV-in fəaliyyətini aşağıdakı sosial media hesablarından izləyə bilərlər:

https://www.youtube.com/@dahaintellektvadisi1

https://www.facebook.com/dahaintellektvadisi

https://www.instagram.com/dahaintellektvadisi/

“DAHA” hər şeyin DAHAsıdır!