Bugündən "Qanun" Nəşrlər Evinin qarşısında xüsusi endirimli kitab sərgisi işə başlayır.
Sərgidə Azərbaycan, türk, rus və ingilis dillərində 30 faizdən 50 faizədək endirimli minlərlə kitab, kitab aksesuarı, eyni zamanda 1, 2, 3 manata 500 adda müxtəlif mövzulu nəşr nümunəsi əldə etmək mümkün olacaq.
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgi oktyabrın 15-dək hər gün səhər saat 10-dan axşam saat 20-dək davam edəcək.