"Qanun" Nəşrlər Evi “Yeni İl” kitab sərgisinə start verdi.
Sərgi-yarmarka 17-30 dekabr tarixlərində nəşriyyatın binasında (Tbilisi prospekti, 76) keçiriləcək.
Oxucular sərgidə biri-birindən maraqlı yüzlərlə kitabı 1, 2 manata əldə etmək imkanı qazanacaqlar
Digər kitablara isə 30 faizdən başlayan endirimlər tətbiq ediləcək.
Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.
Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl “Qanun” Nəşrlər Evinin xüsusi endirimlərlə təşkil etdiyi iki kitab sərgisi böyük uğurları ilə yadda qaldı.