Biz niyə hər sözü pis yozuruq? - Dilarə Zamanova

Biz niyə hər sözü pis yozuruq?   - Dilarə Zamanova

31 Martt 2022 10:27 480


Dilarə Zamanova

Problemlərimiz çox az idi axı, son illərdə başımıza təzə problem çıxıb. Nədir bu təzə problem? “Yozmaq”. Bəli, bəli, düz oxudunuz. Özü də Azərbaycan dilində olan sözləri!

Dünyada bəlkə də azsaylı xalqların yaşadığı bir dərdə düçar olmuşuq: el dili ilə desək, tin uşaqlarının, ara adamlarının hər sözü yozması nəticəsində onsuz da çox da geniş olmayan dilimizdə danışmağa söz tapa bilmirik.

Hətta bir dostum o gün mənə deyirdi ki, belə getsə, işlətməyə feil tapmayacağıq. Həqiqətən də elədir. Bir fikirləşin, son zamanlar nə qədər sözü işlətməkdən qorxuruq. Misal üçün, “Filankəs yaxşı klarnet çalır”. Nə var bu cümlədə? Heç nə! Amma həmin adamların sayəsində biz bu çox sadə və normal cümləni qursaq, bəziləri öz aralarında qımışmağa, bəziləri isə sizə tərs-tərs baxmağa başlayacaq. Çünki biz öz dilimizə qarşı düşmən kəsilmişik. Söhbət heç dildən də getmir. Biz hətta masada çaynikin lüləyinin hansı tərəfə baxmağını da yozuruq…

Biz oxuyub-yazmağı bacaran adamlarıq. Bu məsələlərə “dur” deməsək, tezliklə kiminləsə hal-əhval tutmağa, danışmağa yozulmamış cümlə tapa bilməyəcəyik. Bizim işimiz dilimizi qorumaq, genişləndirməkdir. Axı dil bizim özümüzü ifadə etmə formamızdır. Axı biz bu qədər çirkin deyilik…