Dilim ölsə, mən də ölləm - Günün şeiri

Dilim ölsə, mən də ölləm   - Günün şeiri

21 Fevral 2022 10:49 732


YeniYaz.Az 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirini təqdim edir.

Aylar ötür, il dəyişir,
Geden geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil