Düşmənə sülh göyrəçini, özümüzə sülh bayquşu - Aqşin Yenisey

Düşmənə sülh göyrəçini, özümüzə sülh bayquşu   - Aqşin Yenisey

03 Oktyabr 2022 14:13 1475


Əlisa Nicatın kitablarının birində Əhəməni şahı Kir ilə Lidiya hökmdarı Krez arasında sənətin cəmiyyətə təsirinə aid belə bir əhvalatdan söz edilir.

Deməli, Kir Lidiyaya hücum edib Krezə qalib gəlir və əsir aldığı Lidiya hökmdarına iki şərt irəli sürür: ya tonqalda yandırılacaq, ya da öz xalqına Əhəməni şahına itaət etməyi öyrədəcək. Krez ikincini seçir, ancaq azad bir xalqa yad bir hökmdara itaət etməyi necə öyrədəcəyinin yolunu bilmədiyini deyir. Kir Krezə itaətin yolunu göstərir: Get, öz xalqına əmr et ki, bundan sonra hamı xırda alverçiliklə məşğul olsun və bütün kişilər arfa çalmağı öyrənsin.

Taxtına geri qaytarılan Krez Kirin dediyi kimi edir. Gündüzlər xırda alverçiliklə məşğul olan lidiyalı kişilər, axşamlar evlərində oturub arfa dınqıldatmağa başlayırlar və həyatlarının hər anını işğal edən lirizm nəticəsində Lidiya dövləti yer üzündən silinir, Lidiya xalqı isə assimilyasiya olub, digər xalqların içində itkin düşür.

Bu gün Azərbaycan xalqına da ermənilərlə sülh aşılamaq eynən Lidiya xalqına xırda alverçilik və arfa çalmağı aşılamaq kimi bir şeydir. Hətta rusların bizim haqqımızda uydurduğu "şair xalq” mifi də assimliyasiya siyasətinin bir tələsidir. Bizi lirizmin depressiyasına soxub kollektiv intihara sürükləmək məqsədi güdür. Lirizm spartanizmin (Sparta döyüşkənliyi) düşmənidir. Lirizm məğlubiyyətin, ruh düşkünlüyünün ulayan bayquşudur. Bu bayquş hansı insanın, hansı xalqın damında ulayırsa, onu gec-tez yox edir. Bu gün cəmiyyətimizdə ulayan sülh bayquşları da bilərəkdən və ya bilməyərəkdən ölkənin düşmən tapdağında xarabalığa çevrilməsini arzulayırlar. Onlara sülh göyrəçini yox, sülh bayquşu demək daha doğrudur.

Çünki erməni ilə indiki halda sülh, sadəcə, mümkün deyil, gəlin qısa səbəbini izah etməyə çalışaq.

Müharibənin bir neçə növü var: siyasi müharibələr, vətəndaş müharibələri, dini müharibələr, etnik müharibələr və s. Bunların içində "ən yaxşısı" siyasi müharibələrdir ki, sülhə gəlmək daha asandır. Qarşılıqlı güzəştlər üçün imkanlar həmişə var.
Ətraflı

Ən qəddar müharibələr isə dini və etnik zəminli müharibələrdir ki, tərəflərdən biri ya fiziki, ya da ideoloji baxımdan tamamilə məhv olmayınca sülh mümkün olmur. Çünki milli-dini varlığını kimsə güzəşt masasına qoymaq istəməz.

Qarabağ müharibəsi bizə görə siyasi, ermənilərə görə, etnik, dini müharibədir. Bizim savaş hədəfimiz birinci ermənidir, erməninin savaş hədəfi sonuncu azərbaycanlı. Ona görə də bizim sülh istəyimizin heç bir faydası və mənası yoxdur. Öldürmək fürsəti yaransa erməni üçün müharibə əleyhdarı olan azərbaycanlı ilə müharibə tərəfdarı olan azərbaycanlının heç bir fərqi olmayacaq. Çünki etnik və dini nifrət kollektivə yönəlik nifrətdir.

Ərəblərə dini, ruslara milli kimliyimizi güzəştə getdik deyə fiziki mövcudluğumuzu qoruya bildik. Ermənilərlə sülhə gəlmək üçün hər ikisini güzəştə getməliyik. Çünki erməninin bizə nifrəti Yunqun "kollektiv şüursuzluq" dediyi anadangəlmə psixoloji strukturdur. Bu nifrət bir nəsildən digərinə şüursuz şəkildə ötürülür. Mifoloji mənşəlidir. Yəni 1905-ci ildəki erməninin azərbaycanlıya münasibəti ilə 2022-ci ildəki erməninin azərbaycanlıya münasibəti arasında heç bir fərq yoxdur.

Mifi məhv etməyin yolunu isə tarix çoxdan göstərib. Bir Herakl doğulur və ağına, bozuna baxmadan bütün mifləri qırıb-çatır. İnsanlığı xilas edir. Biz, əslində, bu müharibədə insanlığı təmsil edirik, çünki bizim tərəfimizdə "kollektiv şüursuzluq" nəticəsində ötürülən heç bir mif iştirak etmir.

Biz bu müharibədə erməni ilə yox, erməni mifi ilə vuruşuruq. Mifin isə yeddi başı olur, birini üzürsən, yerindən daha yeddisi çıxır.