Bu gün tanınmış Azərbaycan yazıçısı, şairi və tərcüməçisi Etimad Başkeçidin doğum günüdür. YeniYaz Etimad bəyi doğum günü münasibəti ilə təbrik edir və onun “Qovğa” adlı qoşmasını oxucuların diqqətinə çatdırır.
Qovğa
silkinər, qovzanar, kişnər at kimi,
bu çölün üstünə o çöl yürüyər,
bu zülmət gecəyə, ya həbib Allah
nə qurşun işləyər, nə yol yürüyər.
hər itindən azan qalar yurd salar,
yağı qoruduğu gələn ad salar,
qatır dırnaq salar, quş qanad salar,
amma qolubağlı bir qul yürüyər.
Başkeçid, tövbəkar mübtəla, düşkün,
qəddin xışmalandı nə hala düşdün,
öl qurtar, vallahi, kişilikdimi,
əyilə-əyilə çuğul yürüyər.