Oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçiriləcək.
YeniYaz.az xəbər verir ki, COVID-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq və alınmış biletlər də geri qaytarılmayacaq.
Qeyd edək ki, “Fast Track” xidmətini əldə edən qonaqlar Bakı Konqres Mərkəzinin ərazisinə B girişindən daha rahat və sürətli daxil ola biləcəklər.