Həqiqəti sən tapsan / Çalış onu soyundur - İronik bayatılar

Həqiqəti sən tapsan / Çalış onu soyundur  - İronik bayatılar

22 Noyabr 2022 12:46 339


Nihad Fəlsəfeh
Bayatılar

***

Bu həyat bir yuxudur,
Demiurqun poxudur.
Əbədiyyən yaşamaq
Ay qa, kimin duxudur?

***

Bu həyat bir kölgədir,
Pavarotdur, döngədir.
Ölüm həyat yanında
Yekəgötlü yengədir.

***

Bu həyat çox fanidir,
Ölümümüz anidir.
Göylərdən bir zart gəlsə
Bilin ki, o irfanidir.

***

Ayırsa bizi ölüm
Kimlə yatağı bölüm?
Qeyrisini sevmərəm,
İnciyər məndən könlüm.

***

Yoxluq yoxdur, varlıq var.
Varlıq gəlir mənə dar.
Bu dünyada qonağam,
Getsəm edin ahu-zar.

***

Həyatla ölüm sirdaş,
Həyatla ölüm qardaş.
Birdən səni söksələr,
Söksünlər yavaş-yavaş.

***

Ölüm lapdan gələcək,
Ömrüm birdən bitəcək.
Mən səndən doyamadım,
Səni kimlər sökəcək?

***

Araqla pivə – bacı,
Ödərlər ehtiyacı.
Onları mən içməsəm
Dadar ölümüm acı.

***

Araqla pivə – duet,
Yanlarında var kotlet.
Oldu trio, gözəlim,
Duraq oynayaq balet.

***

Qaçır saat, saniyə,
Soruşmur “necə?”, “niyə?”.
Qurban ollam saçından,
Qıçından gələn iyə.

***

Sual vardır, cavab yox,
Biri acdır, biri tox.
Gəldi-gedər həyatım
Həm şəkərdir, həm də pox.

***

İnsan deyildir azad,
Ağzı dirsəyə uzat.
Qabaqda qəbir gözlər,
Dönə bilmərsən nazad.

***

Məna yoxdur həyatda,
Əmin deyilsən bratda.
Hələ ki, nasosun var
Təkərləri kaçatda.

***

Həyat çətindir, çətin,
Bir gün çürüyər ətin.
Sıçdım içinə, qaqa,
Bu cür gözəl söhbətin.

***

Uzun uzanır bu yol,
Sağ ilə qardaşdır sol.
Qoy bu yolda gözəllər
Öpsünlər səni bol-bol.

***

Axıdıram göz yaşı,
Yeyirəm ehsan aşı.
Ölüm məni sökəcək,
Tanıyıram oğraşı.

***

Ağla gözəlim, ağla,
Dağla sinəni, dağla.
Sevgilin ölüb getdi,
Qapıları kip bağla.

***

Qədəhlərə süz çaxır,
Axtarma Əvvəl, Axır.
Bu dünya bir çirkabdır,
Poxu üzünə yaxır.

***

İçirəm mən çaxırı,
Göylər məni çağırır.
Sevirəm gözəlimi,
Eşşək kimi anqırır.

***

Dövran edir kainat,
Qəlbində aləm yarat.
Görsən ki, alınmayır
Dodaqlara vur peçat.

***

Tüpürüm bu həyata,
Qəbir kimidir yataq.
Bu dünyada qonağıq,
Dünya kirayə otaq.

***

Bozdur həyatım, bomboz,
Bu sətri gəl indi yoz...
Sıxır məni suallar,
Təpəmdə sındırır qoz.

***

Yay ötdü, gəldi payız,
Suallarım cavabsız.
Həyat ağ üzlü qəhbə,
Ölümsə qarayanız.

***

Acgözdür mənim adım,
Bu dünyadan doymadım.
Çıxıb getdin gözəlim,
Qəlbini heç oymadım.

***

Qədəhlərə süz araq,
Saçlara vurma daraq.
Ölümdən sonra, yavrum,
Nə səs vardır, nə soraq.

***

Həyatıma gəldi qış,
Qar yağdı, yağdı yağış.
Ölüm ayağında mən
İstərəm yağlı camış.

***

Ölüm kordur, həm də kar,
Səndən çıxmaz mənə yar.
Kimi gəldi öpmüsən,
Qəlbin geniş, deyil dar.

***

Dünyanı alma vecə,
Oyun bitib heç-heçə.
Hələ dirisən, qaqa,
Dodağı öp hər gecə.

***

Bu həyat bir oyundur,
İnsan oğlu qoyundur.
Həqiqəti sən tapsan
Çalış onu soyundur.

***

Varmı, yoxmu həqiqət?
Kimdən götürək ibrət?
Qadına və kişiyə
Lazımdır bir parça ət.

***

Hər şey dəyişir, axır,
Alışır, yanır, çaxır.
Sevirəm mən yarımı,
Yarım tavana baxır.

***

Mənə danışma nağıl,
Mənə söyləmə ağı.
Ölümə lap az qalıb,
Dodağa ver dodağı.