Həqiqətin alleqoriyası - Mehman Qaraxanoğlu

Həqiqətin alleqoriyası  - Mehman Qaraxanoğlu

04 Noyabr 2022 09:44 618


Sən fahişəsən, ey həqiqət!

Sənin barəndə bir söz deməmiş, deyirlər ki, tanıyırıq.

Amma gərəkən yerdə adın gələndə çoxu qaçıb gizlənməyə yer axtarır.

İstəmirlər adları səninlə çıxsın; var-dövlət, karyera, arvad-filan, məşuqə dadı, xoşbəxt qocalıq, uşaqların gələcək firavanlığı və s. var, axı.

Və onlar hər şeyi bill-bilə yenə susurlar...

Sənin haqqında yalnız çayxana günclərində, araq məclislərində, sərgərdan küçələrdə danışırlar.

Sən küçə qadınısan, küçə...

De, gündə neçəsi ilə yatırsan?!

Yatdıqlarından bircə tələbin var: Adım çəkilərkən susun!

Onlar da ləyaqətlə susurlar!

Sənin dünyaya çılpaq gəlmədiyinin səbəblərini hələ indi-indi anlayıram; dilin də, işvəkarlığın da, əlbisə və geyimlərin də bir-birini tamamlayır, çünki sən fahişəsən, fahişə!

Ay ləçər, gör beyinlərə nəyi soxursan; guya hərənin öz həqiqəti var. Niyə demirsən ki, hərənin öz fahişəsi vardır: O da mənəm!

Ey həqiqət,

Ey fahişə,

Ey küçə qadını,

Ey ləçər...