Şair-yazar Həyat Şəminin yeni kitabı çap olunub.
Yeni və seçmə şeirlərin toplandığı "İstanbul saatı ilə" kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb.
Kitabdakı şeirlər əsasən empatiya və həssaslıq duyğusunun fəlsəfi-poetik ifadəsidir.
"İstanbul saatı ilə" Həyat Şəminin sayca yeddinci kitabıdır.
Kitabı nəşr olunduğu nəşriyyatdan və şəhərimizin kitab mağazalarından əldə edə, eyni zamanda onlayn sifariş verə bilərsiniz.