Nihad
Güzgünün önündə dayanıb
Prışiklərimi partdadıram.
Qapı döyülür.
***
Şəklinə baxıb
Burnumu qurtdalayıram.
Budurmu sevginin sonu?
***
Bütün gecəni yeyib-içdik,
Bütün gecəni sevişdik.
İyimiz bir-birinə qovuşdu.
***
Qocalıb əldən düşdüm,
Dişlərim töküldü,
Qulaqlarım tükləndi.
***
Unitazda oturub
Səni düşünürəm.
Sular kəsildi.
***
Pəncərə şüşəsində
Milçəklər sevişir.
Tənhayam...
***
Dilim topuq vurur,
Qələmim quruyur,
Qarnım yekəlir.
***
Kartof satan xalanın
Döşləri titrəyir.
Püre ləzzətli alınacaq.
***
Yuxudan oyanıb
İlk növbədə
Qarnımı qaşıyıram.
***
Günəş batır,
Ay çıxır,
Saqqalım uzanır.
***
Həyatın mənasını axtarma,
Tapa bilməzsən.
Banan ye.
***
Həyatdan küsəndə
Ayran iç, cız-bız ye.
Üzün güləcək.
***
Çoban olmaq istərdim!
Qoyun otarıb
Dağlara sıçmaq.
***
Səni yuxuda gördüm.
Durub ağladım.
Sonra bozbaş yedim.
***
Qış gəldi.
Qaz pulu yoxdur.
Şaxta baba özüm olacam.
***
Taksidə sürücü
Durmadan danışır.
Kopoyoğlunun patısı...
***
Quş olmaq istərdim.
Göylərdə uçub
Başlara sıçmaq.
***
Yüz qram araq,
Bir çimdik duz,
Min kilo dərd.
***
Doğma rayonu tərk edib
Bakıda fəhlə işləyən gənc
Daş cəngəllikdə azıb.
***
Övladına
Küçük deyən ana
İt kimi hürür.
***
Toy gecəsini
Gözləyən cütlük.
Bıçaq davası düşür.
***
Dönərdən dişləyib
Bizondan içdim.
Mübarizə davam edir.
***
Dişlərimi yumuram,
Çimmirəm, qırxınmıram.
Rədd olsun kapitalizm.
***
Gözlərin badam,
Dodağın püstə.
Qoxun noxud.
***
Əcəb edən insanlar,
Nəcib insanlar.
Nəcis insanlar.
***
Böyümək, öyünmək.
Böyürmək, yürümək.
Öyümək...
***
Qoca pornoaktrisanın
Bircə təsəllisi var: oynadığı filmləri
Pauzaya qoymaq.
***
On beş gürcü xəngəli yeyib,
Küçəyə çıxdım.
Lüboy söhbətə hazıram.
***
Bildim həqiqət
Harada gizlənir:
Ya baçokda, ya bardaçokda.
***
Bahar küləyi
Qaldırdı ətəyi.
Pulsuz erotika.
***
Neçə gündür çimmirəm.
Başımda kəpək
Sanki bir topa kəpənək.
***
Bayıl, bayıl,
Ayıl, ayıl,
Hayıl-mayıl.
***
Sən bir ağacsan.
Paçanda
Quş yuvası.
***
Yağış yağır.
Sağ əlim
Sol döşünü sağır.
***
Şamlı gecəmsən,
Tamlı gecəm,
Amlı gecəm.
***
Qəhrəmanlar və qəhər...
Qəhbələr və qəh-qəhə...
Bir fincan qəhvə...
***
Nə yaxşı ki,
Yayın bu cırhacırında
Kondisionerli dükanlar var.
***
Hər səhər tualetdə gördüyüm
Qarışqa yoxa çıxıb.
Yetim qaldım.
***
Şeirimdən oxuyub
Alnımdan öpdün.
Urrraaaa!!!
***
Tək-tənhayam
Dörd divarda.
Burnumu oynadım?
***
İlbizlər...
İblislər...
Bizlər...
***
Krevetka, pivə,
Noxud, pətənə...
Vur bədənə.
***
Gecədir,
Ulduzlar sayrışır,
Canlılar qayrışır.
***
Şəhərin göbəyində...
Kəndin gö*ündə...
Qəsəbənin peysərində...