Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

11 İyul 2022 09:09 251


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

YeniYaz xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı 261 nömrəli qərara əsasən, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na “Publik hüquqi şəxslər” bölməsi əlavə edilib və dövlət başçısının fərmanı ilə cari ilin aprelində yaradılan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi bu bölməyə daxil edilib.

Nazirlər Kabinetinin qərara dair izahında diqqətə çatdırılır ki, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik Kino Agentliyinin yaradılması haqqında Prezidentin müvafiq Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.