Tanınmış yazıcı Məmməd Orucun hekayələr kitabı işıq üzü görüb.
“Qanun” Nəşrlər Evində çap olunan kitab “Bağ evindən yazılar” adlanır.
Kitabda yazıçının son illər yazdığı hekayələr toplanıb.
M.Oruc “Bağ evindən yazılar” haqda bunları deyir: “Kitablarıma düşməmiş povest və hekayələrimi ayrıca nəşr etdirmək, aradabir, ürəyimdən keçsə də, bu elə istək olaraq da qalırdı. Buna görə də “Qanun Nəşriyyatı”nın direktoru Şahbaz Xuduoğludan aldığım təklifə dərha razılıq verdim. Müxtəlif illərdə, yalnız dövri mətbuatda işıq üzü görmüş yazılarıma üstünlük verdim. Kitaba toplanmış yazıların, yalnız, üçdən biri, iyirmi ildən bəri məskunlaşdığım Bağ evində qələmə alınsa da, bu ad mənə doğma gəldi; və bu da məlumdur ki, istənilən AD hələ heç nədən xəbər vermir”.