Tanınmış yazıçı Seymur Baycanın hekayələr kitabı çap olunub.
“Qanun” Nəşrlər Evində işıq üzü görən kitab “Mənasız hekayələr” adlanır.
Kitab hamımızın dəfələrlə görüb, fikir vermədiyi detallarla doludur. Bu detallar bir-birinin içindədir və bir-birindən asılıdır.
“Mənasız hekayələr”də həyatın şablonları üzərində qurulmuş absurd situasiyalarda müəllifin oxucudan konkret nə istədiyi bilinmir.
Qəhrəmanlar da özlərinin kim olduqlarını axıra qədər dərk etmirlər və əslində, həyatın şablonlardan ibarət olması ilə barışırlar.