Moskvada “Azərbaycan kinosu həftəsi” keçiriləcək

Moskvada “Azərbaycan kinosu həftəsi” keçiriləcək

21 Yanvar 2022 17:35 305


Rusiya paytaxtında “Azərbaycan kinosu həftəsi” keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda keçiriləcək “Azərbaycan kinosu həftəsi” çərçivəsində yanvarın 22-dən başlayaraq fevralın 20-nə kimi hər həftənin şənbə-bazar günləri tanınmış klassik Azərbaycan filmləri nümayiş olunacaq.

VDNX-nın saytında “Azərbaycan kinosu həftəsi” çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı və seansların cədvəli çap olunub.

Belə ki, “Azərbaycan kinosu həftəsi”ndə “Gün keçdi”, “Qorxma, mən səninləyəm”, “Ad günü”, “Bir cənub şəhərində”, “İstintaq”, “Qaynana”, “Arşın mal alan”, “Şərikli çörək” və “Gecə qatarında qətl“ filmləri nümayiş olunacaq.