Bu gündən Bakının Nərimanov parkında yaz sərgisi başlayır.
“Qanun” Nəşrlər Evinin təşkil etdiyi sərgidə müxtəlif adda və mövzuda, müxtəlif yaş həddinə uyğun kitabları xüsusi endirimlə əldə etmək mümkün olacaq.
Sərgi mayın 5-nə qədər hər gün 10.00-dan 20.00-a qədər fəaliyyət göstərəcək.
Sərgi çərçivəsində müəlliflərin imza günləri də nəzərdə tutulur.