Beş il öncə oxuduğu “Şahanə bir şey yaşamaq” mahnısına görə tənqid olunan türk sənətçi Sezen Aksuya nobelli yazar Orxan Pamukdan dəstək gəldi.
YeniYaz.az xəbər verir ki, yazıçı öz sosial hesablarında müğənni haqqında aşağıdakı sözləri yazıb:
“Sezen Aksu hamımızın iftixar etdiyi böyük bir sənətçidir. Onun yanındayam. Bu gün milyonlar Sezen Aksunun yanındadır. Sənətçini əzən bir dövlət və millət olmayacağıq. Sezen Aksu hamımızın qürur yeridir”.
Xatırladaq ki, mahnısında Adəm və Həvva haqqında işlətdiyi fikirlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP başqanı Dövlət Bağçalı da Sezen xanımı sərt tənqid ediblər.