Bu gündən “Qanun” Nəşrlər Evi yeni satış-sərgiyə başlayır.
Nəşriyyatın akt zalında təşkil olunan sərgidə biri-birindən maraqlı kitablara 90 faizə qədər endirim tətbiq edilir.
Digər kampaniyalardan fərqli olaraq burada kitab çeşidləri xeyli çoxdur.
Oxucular hətta 1, 2, 3 manata çox dəyərli kitablar əldə etmək imkanı qazanırlar.
Sərgi noyabrın 24-dək davam edəcək və hər gün səhər saat 9-dan axşam saat 20-dək fəaliyyət göstərəcək.