Nobelli Amerika yazıçısı Con Steynbekin “Cənnətdən şərqə doğru” romanı çap olunub.
“Qanun” Nəşrlər Evində “Naşirin seçimi” seriyasından işıq üzü görən əsəri dilimizə Fərhad Yalquzaq çevirib.
Atasının oğurladığı pullarla varlanan Adam Trask... Öz zəhmətiylə başqalarını varlandıran Şamuel Hamilton... Və dəhşətli ailə faciəsi... Müəllif hadisələri çox canlı təsvir edir...
Roman sevgi və nifrət, etibar və xəyanət, cinayət və cəza haqqında böyük rəvayətdir. Adam Traskın iki oğlu səmavi kitablardakı Habil və Qabilin çağdaş prototipləri kimi ortaya çıxır. Hər ikisi dünyada öz yerini axtarır. Ancaq onların axtarış üsulları bir-birindən kəskin şəkildə fərqlənir.
Sən xeyirxah, yaxud bədxah əməllər törədə bilərsən. Bu, aydındır. Lakin unutma, hər seçimin öz bədəli vardır.
Mühafizəkar tənqidçilərin qəzəbinə tuş gələn roman ABŞ-da milli bestseller siyahılarında birinci oldu. Hollivud roman əsasında film də çəkdi.