Tanınmış şair Rəbiqənin yeni şeirlər kitabı işıq üzü görüb.
“Qanun” Nəşrlər Evində çap olunan kitab “Vaxtı öpmək” adlanır.
Kitaba müəllifin son üç ildə qələmə aldığı yüzə yaxın şeir daxil olub.
Şeirlərin çoxu sevgi mövzusundadır.
“Vaxtı öpmək” yaxın günlərdə oxuculara təqdim olunacaq.
Kitabı “Qanun” Nəşrlər Evindən və “Əli və Nino” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.