Tanınmış yazıçı Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi nəşr olunub.
Kitablarda müəllifin özü seçdiyi publisistik yazıları yığılıb.
“Həyata yekun vurarkən” yeni təsis olunmuş “Park” nəşriyyatında işıq üzü görüb.
Nəşriyyat eyni vaxtda daha üç kitab da buraxıb və aprelin 14-ü Nizami Kino Mərkəzində bütün nəşrlərin təqdimatını keçirəcək.