Tanınmış irlandiyalı yazıçı Con Boyne Bakıya gəlir.
O, V Milli Kitab Sərgisində iştirak etmək üçün paytaxtımıza təşrif buyurur.
Yazıçı mayın 29-u saat 16-da İçərişəhərdə öz oxucuları ilə görüşəcək və “Qanun” Nəşrlər Evində çap olunmuş “Zolaqlı pijamalı oğlan” kitabını imzalayacaq.
C.Boynenin 20-dən çox romanı 50-dən artıq dilə tərcümə olunub.
“Zolaqlı pijamalı oğlan” kitabı əsasında film də çəkilib.
Xatırladaq ki, V Milli Kitab Sərgisi 27 may-4 iyun tarixlərində İçərişəhərdə hər gün səhər saat 9-dan axşam saat 20-dək fəaliyyət göstərəcək.
Sərgi çərçivəsində müxtəlif səpkili tədbirlərlə yanaşı yerli və xarici yazıçılarla görüş və imza günləri də nəzərdə tutulub.