Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.
YeniYaz.Az xəbər verir ki, o bu addımını özünün feysbuk profilində belə əsaslandırıb:
“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi.
Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...
Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.