Bu gün Nobel mükafatlı Meksika şairi Oktavio Pasın doğum günüdür. YeniYaz.Az bu münasibətlə şairin “Yağışı dinləmək” şeirini təqdim edir.
Dinlə məni, yağışın səsini dinləyən kimi
Nə diqqətli, nə yayğın,
Çiskinli yağışın yüngül ayaq səsi,
Havada əriyən su, zamanın toxuduğu hava,
Gün çıxıb getməklə bitmir,
Gecə düşsə də gəlməyib,
Adda-budda dumanlıqlar
Küçənin küncündə
Topa-topa zaman buludu
bu zamanın tinində,
dinlə məni yağışı dinləyən tək,
qulağını tut,
içimdə gözləri açıq
yuxulu sözlərimi dinlə,
hər bir yuxudan oyanmış mənanı gör
yağır, yüngül addımlar, hecaların uğultusu,
hava və su, yüpyüngül sözlər:
nə idik, nəyik indi
günlər və illər, bu an belə,
çəkisiz zaman, çəkilməz ağrı
dinlə məni, yağışı dinlədiyin tək...