Yazıçımız beynəlxalq kitab müsabiqəsinin uzun siyahısında

Yazıçımız beynəlxalq kitab müsabiqəsinin  uzun siyahısında

09 Sentyabr 2024 11:57 44


Azərbaycanlı yazıçının əsəri beynəlxalq kitab müsabiqəsinin uzun siyahısına daxil edilib.

YeniYaz.az xəbər verir ki, dünyanın ən böyük elektron kitab portalı olan Litresin “Elektronnaya bukva 2024” – ən yaxşı elektron kitablar müsabiqəsində tanınmış Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Angelo di bronzo” romanı 27620 kitabın içindən seçilərək müsabiqənin uzun siyahısına daxil edilib.

Qeyd edək ki, Vahid Məmmədli bu səviyyədə müsabiqədə çoxsaylı müəlliflər içərisindən uzun siyahıya daxil edilən ilk azərbaycanlı müəllifdir.

Qaliblər 2024-cü ilin dekabrında müəyyən ediləcək.

Yazıçı Vahid Məmmədli 2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan ədəbiyyatında ilk fentezi romanın(“Atropatena dastanı”), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (“Tunc Allahın yükü”) müəllifidir. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru , baş ədliyyə müşaviri, Prezident təqaüdçüsüdür.

Müəllifin bir neçə kitabı “Qanun Nəşriyyatı”nda işıq üzü görüb.